Digər dinlərdə cihad məsələsi:
◘Bu gün dünyadakı sülh təbliğatının əksinə olaraq, din yolunda cihad məsələsi bütün səmavi dinlərdə təsbit olunmuşdur və qəti zərurətdir.
◘Tövratda oxuyuruq:
- Şəhər sakinlərini qılıncla öldür və yüklərini götür.1
- Onların hamısını öldür və rəhm etmə.2
- Döyüş üçün meydana çıxdıqda düşməni çox görüb qorxma.3
- Qardaşını, dostunu və qonşusunu öldürsün ki, buzovpərəstliyin kəffarəsi olsun.4
- Musa cəmiyyəti döyüşə apardı və mühüm bir savaş baş verdi.1
◘Məttanın İncilində oxuyuruq:
- Güman etməyin ki, yer üzündə salamatlıq qoymağa gəldik. Gəlmədik ki, bir salamat qoyaq, yalnız qılıncı.2
- Hər kəs canını qorusa həlak olar, hər kəs canını Mənə görə həlak etsə, onu əldə edər.3
Luqanın İncilində oxuyuruq: - Mənə tabe olmaq istəməyən düşmənləri burada hazır edib qarşımda qətlə yetirin (İncil, l. b. 19, c. 28)
- Kimin qılıncı yoxdursa, libasını satıb qılınc alsın.4
◘Quranın “Ali-İmran” (a. 147), “Maidə” (a. 24), “Bəqərə” (a. 246) surələrində ötən dinlərdə savaş və cihadın olmasından danışılır.
Dostları ilə paylaş: |