Nöqtələr
◘“Fitnə” dedikdə şirk, işkəncə, imtahan, çətinlik başa düşülür.
◘Şiə və sünni təfsirçilərindən nəql olunmuşdur: Həzrət Peyğəmbər (s) Abdullah ibn Cəhş adlı şəxsi səkkiz nəfərlə birlikdə bir məktubla kafir və müşriklərdən məlumat gətirmək üçün göndərmişdi. Amma görüşdə çaxnaşma baş vermiş və nəticədə qarşı tərəfin rəisi qətlə yetirilmişdi. Onlardan iki nəfəri əsir düşmüş və malları müsadirə edilmişdi.
Bu hadisə haram aylardan olan rəcəb ayında baş vermişdi. Amma həmin dəstə rəcəb ayının başlandığını bilməmiş və cəmadiüs-saninin axırı olduğunu güman etmişdilər. Hər halda bu savaş səhvən rəcəb ayının əvvəlində baş vermişdi. Kafirlər bu məsələni şişirdərək müsəlmanları haram aylara ehtiramsızlıqda suçlayırdılar.
Düşmənin bu təbliğatı qarşısında Quran cavab verir ki, bu savaş haram ayda baş versə də, bunun səbəbi müsəlmanların ayı səhv salması olmuşdur. Müşriklərin nəzərinə çatdırılırdı ki, onlar bu aylarda bilərəkdən günaha yol verirlər. Bunun isə günahı haram ayda bilmədən savaşa girməyin günahından çox idi. Əslində bir bu qədər rüsvayçılıq və günaha yol verən kafirlər müsəlmanlar üçün bu əməli səhv saymamalıdırlar.
◘Mürtədlik əməlinin dünya cəzası islami faydalardan məhrumluqdur. Mürtədin cəzası həyat yoldaşından ayrılmaq, irsdən məhrum edilmə, müsəlmanlarla rabitələrin qırılması, İslam himayəsindən məhrum edilmə, nəhayət, qətldir.
Mürtədin axirət cəzası isə onun dünyadakı bütün yaxşı işlərinin puça çıxmasıdır.
Dostları ilə paylaş: |