Bildirişlər
1. Şübhələrə münasib cavab verin.
2. Məscidül-Həramın və onun əhlinin xüsusi hörməti var.
3. Günahların əhəmiyyət dərəcəsinin təyini Allahın əlindədir.
4. Əmin-amanlığı pozmaq qətldən də pisdir.
5. Düşmənin arzuları, məqsədləri, səyləri ilə tanışlıq lazımdır.
6. Düşmənin hücumu küfrə don geyindirib sizi rədd edə bilməz.
7. Düşmən daim pusqudadır. O sizin öz dininizi rədd etməyinizi, küfrünüzü, ona arxa çevirməyinizi istəyir. Bundan başqa heç nə ilə razılaşası deyil. Onlar müvəqqəti qələbə sorağında deyildirlər. Onlar sizin əqidə və məktəbinizi büsbütün aradan götürmək istəyirlər.
8. Dəyər ölçüsü xoş aqibətdir. Ola bilər ki, əvvəlcə İslamda olmuş şəxs dünyadan kafir getsin.
9. Mürtədliyin dünya və axirət təsirləri var.
10. Mürtədlik xeyir işləri puça çıxarır.
11. İman və əqidənin dəyəri haqqında onu demək olar ki, iman getdikdə saleh əməl də puç olub gedir.
218. ﴿إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ أُوْلَـئِكَ يَرْجُونَ رَحْمَتَ اللّهِ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ﴾
“Həqiqətən iman gətirənlər, mühacirət edənlər və Allah yolunda cihada qalxanlar Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayan və mehribandır.
Dostları ilə paylaş: |