Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə374/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   370   371   372   373   374   375   376   377   ...   484

Nöqtələr


◘“İsm” sözü insanı xeyir iş görməkdə süstləşdirən işə deyilir.

◘Xalqın ilk sualı şərab və qumarın hökmü haqqındadır. “Xəmr” örtük mənasını verir. Ona görə də qadınların başlarına bağladıqları örtük “Ximar” adlanır. Şərab insanın tanıma qüvvəsini aldığı üçün onu “Xəmr” adlandırmışlar. Yəni şərab bir növ insanın ağlını örtür.

“Məysir” sözü asan mənasını verən “yəsr” sözündəndir. Çünki qumarda tərəflər bir-birlərinin pulunu asan yolla ələ keçirmək istəyirlər.

Ayədə bu adamlara belə cavab verilir: Şərab və qumar böyük günahlardandır. Onlarda hansısa fayda ola bilər. Necə ki, bəziləri üzüm əkmək, bəziləri şərab düzəltmək və satmaq, bəziləri qumarxana açmaq yolu ilə pul əldə edirlər. Amma bu iki işin zərəri onun faydası ilə müqayisəyə gəlməyəcək dərəcədə böyükdür. Elmi və əxlaqi kitablarda şərab və qumarın mənfi təsirləri haqqında ətraflı şəkildə danışılmışdır. “Təfsiri-nümunə”də şərab və qumarın mənfi təsirləri sadalanmışdır. Həmin qeydləri nəzərinizə çatdırırıq:

1. Şərab və qumar ömrü qısaldır.

2. Körpələrə mənfi təsir edir. Cinsi yaxınlıq sərxoş halda baş verdikdə bu mənfi təsir daha böyük olur.

3. Əxlaqi fəsadlar genişlənir, cinayətlərin sayı artır. Oğurluq, qətl, ağır xəsarət, zorlamalar, yol qəza hadisələri bu günahların səbəbi kimi göstərilə bilər. Alimlərdən biri bildirir ki, əgər dövlətlər şərab istehsalı və satışını ikidə bir qədər azaltsalar, biz də xəstəxanaların yarısını bağlayarıq.

Qumar insanda ciddi həyəcanlar yaradır, əsəb xəstəliklərinə səbəb olur, qumar səbəbindən beyin və ürək zərbəyə məruz qalır, qəlb döyüntüləri artır, iştahasızlıq yaranır. Aparılan sorğulardan belə bir nəticə əldə olunur ki, dünyada baş vermiş cinayətlərin otuz faizi qumarın payına düşür. Qumar insanlarda halal zəhmətə olan marağı öldürür, işdən duyulan sevinci onların əlindən alır. Bir çox qeyri-İslami ölkələrdə qumar qadağan olunmuşdur. Məsələn, İngiltərədə 1953-cü, keçmiş Sovetlər İttifaqında 1954-cü, Almaniyada 1973-cü ildə qadağan edilmişdir.

◘Ayədə verilən növbəti sual infaq haqqında idi. Soruşulurdu ki, nədən infaq etmək lazımdır? Ayədə suala belə cavab verilir: “Əfvi!” “Əfv” lüğətdə bağışlanma mənasından əlavə, orta həddə bağışlama, artıq miqdar, malın ən yaxşı hissəsi mənalarını da bildirir. Bu mənaların istənilən biri hazırkı ayəyə tətbiq oluna bilər. Ayədə “əfv” təbirinin bütün bu mənaları daşıması mümkündür. Yəni infaq etmək istədiyiniz vaxt həm orta həddi gözləyin, həm olanınızı bütünlüklə infaq etməyin, həm də malınızın yaxşısını infaq edin. Necə ki, Quranda buyurulur: “Sevdiyiniz şeylərdən infaq etməyincə yaxşılığa çatmayacaqsınız.”1

◘Təfsirdə bildirilir ki, şərab tədricən qadağan edilmişdir. Çünki ərəblər sərxoşluğa çox meylli idilər. Ona görə də Quran şərabı pilləli mərhələdə haram buyurmuşdur. Əvvəlcə bu ayə nazil olmuşdur: Üzümdən həm məstedici içki, həm də yaxşı ruzi əldə olunur.”2 Yəni şərab yaxşı ruzi deyil. Sonra isə bu ayə nazil olmuşdur: “Şərab və qumarın zərəri onların faydasından çoxdur.” Daha sonra şərab haqqında belə buyurulur: “Namaz vaxtı məst olmamalısınız.”1 Nəhayətdə isə şərab qəti və daimi şəkildə haram buyurulur: “Şərab və qumar... murdardır və şeytan əməllərindəndir.”2



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   370   371   372   373   374   375   376   377   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin