Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə379/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   375   376   377   378   379   380   381   382   ...   484

Nöqtələr


◘Aybaşı (heyz) zamanı qadınlara münasibətdə yəhudilər ifratçı, məsihilər biganədirlər. Tövratda oxuyuruq: Heyz halda olan qadına toxunan kəs şam vaxtınadək murdardır. Qadının yatağı, oturduğu yer də murdardır. Həmin yatağa toxunan istənilən bir kəs libasını yumalıdır. O qadının oturduğu yerə toxunan yuyunmalıdır. Əks təqdirdə şamadək murdardır. Onunla yaxınlıq edən kişi yeddi gün murdar olur. Heyzdən artıq günlər qan görsə murdardır.”1 Yəhudilərin əksinə olaraq, məsihilər heyz dövründə də yaxınlığı caiz sayırlar.

◘Amma İslam orta bir yol tutmuşdur. Heyz dövründə yalnız cinsi yaxınlıq qadağan olunmuşdur. İstənilən cür ünsiyyət, söhbət caizdir.

İslam əhatəli bir dindir. Bəşər həyatında ortaya çıxan bütün suallara İslamda cavab var. Əvvəlki ayələrdə “Yəsəlunəkə” cümləsi ilə xalqın peyğəmbərə sualları bəyan olunmuş və onlar cavablandırılmışdır. Bəzən sual savaş, bəzən qumar, bəzən şərab, bəzən də infaq haqqında olmuşdur. Bu ayədə isə qadınlar haqqında soruşulmuşdur. Bütün bu suallar İslam məktəbinin əhatəli olduğunu göstərir. Buyurulur ki, Allah cüzi-külli, maddi-mənəvi və ümumiyyətlə bütün məsələlər barədə hökm vermişdir.

◘Heyz dövründə qadının fizioloji baxımdan yaxınlıq hazırlığı olmur. Həmin dövrdə qadında süstlük və narahatlıq halları xarakterdir. Heyz dövründə yaranmış çətinliklər qadının yaxınlıq istəyini pozur. Eləcə də bu dövrdə onun orqanizmində qan kütlələri toplanır. Belə bir vəziyyətdə yaxınlıq baş verərsə, tibb alimlərinin nəzərincə, kişi sonsuzluğu ortaya çıxa bilər.

Rəvayətdə isə belə nəql olunur: Heyz dövründə bətnə düşmüş övlad cismi və ruhi cəhətdən problemlərə malik olacaq.2


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   375   376   377   378   379   380   381   382   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin