Bildirişlər
1. Peyğəmbərlər xalqın suallarını cavablandırır, onlara yol göstərirlər.
2. Sual verərkən utanmaq yersizdir.
3. Dini hökmlərin dəlilləri bəyan olunur, sonra isə bu iş qadağan edilir.
4. İlahi hökmlər islahın qorunmasına və fəsadların aradan qaldırılmasına əsaslanır.
5. Heyz dövrü qadın üçün çətin bir dövrdür.
6. Qadından ləzzət almağın da həddi-hüdudu var.
7. Ər-arvad bir-birini nəzərə almalıdırlar. Həyat yoldaşı narahat olduğu vaxt ondan ləzzət almaq istəyi yersizdir.
8. Yaxınlıq zamanı sağlamlıq məsələlərinə diqqət olunmalıdır.
9. Yaxınlıqda ilahi hökmlər nəzərə alınmalıdır.
10. Əgər yaxınlıq baş versə, sonra tövbə etsəniz, Allah tövbənizi qəbul edər.
11. Tövbə və günahdan dönüş Allah yanında məhbubluq yoludur.
12. Tövbə edənlərə öz sevgi və məhəbbətimizi bildirək.
223. ﴿نِسَآؤُكُمْ حَرْثٌ لَّكُمْ فَأْتُواْ حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُواْ لأَنفُسِكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ﴾
“Qadınlar sizin əkin yerlərinizdir. İstədiyiniz vaxt, istədiyiniz yerdə öz əkin yerinizə gəlin. Özünüz üçün (yaxşı əməllər) nəzərdə tutun. Allahdan çəkinin və bilin ki, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver.”
Dostları ilə paylaş: |