Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə392/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   388   389   390   391   392   393   394   395   ...   484

Bildirişlər


1. Başqaları ilə əlaqəni kəsərkən birdəfəyə qərar çıxarmaq yox, götür-qoy üçün meydan vermək lazımdır.

2. Qadına əzab-əziyyət vermək qadağandır. Kişi kam almaq və ya psixoloji zərbə vurmaq üçün evlənib boşana bilməz.

3. Ailə həyatında şəxsi zövqdən çəkinmək və adi həyat tərzinə üstünlük vermək lazımdır.

4. Ayrılıq acılığını hədiyyə və ehsan şirinliyi ilə aradan qaldırın.

5. Talaq kin, sərtlik və intiqam amili olmamalıdır. Hətta talaq zamanı da yaxşılıq və ehsan əsas şərtdir.

6. Həyat yoldaşının qorunması həyatda əsas məsələdir.

7. İslamda hüquq və əhkam əxlaq və mərhəmətdən kənar deyil. “Ehsan” və “məruf” sözləri bu nöqtələrə işarədir.

8. Hüquqlara riayət etmək lazımdır. Kişi qadının haqqı olan mehriyyəni kəsə bilməz.

9. Qadın və kişinin istəkləri ilahi hədlər çərçivəsində olmalıdır.

10. Boşanma üçün qadın və kişinin mövqeyi kafi deyil. Onların ailə həyatının davamına başqalarının da ümidsiz olması şərtdir. Bəzən ər və arvad deyir: “Bizim əxlaqımız fərqlidir.” Amma bu sözləri doğuran həyəcandır. Çünki Quran qadın və kişinin münasibətləri məsələsində xalqın da mövqeyini meyar sayır.

11. Qərar çıxararkən ilahi hədlərin gözlənilməsi və vəzifənin icrası əsas götürülməlidir. Əgər ilahi hədlərə riayət olunsa, izdivac qorunar, hədlər pozularsa, boşanma gerçəkləşər.

12. Qadının boşanma hüququ ona dözülməz vəziyyətdən çıxış yolu qoyur.

13. İslam məcburi, kin-küdurətli həyat tərzi ilə müvafiq deyil. Qadın azad olmaq üçün mehriyyəsini verməyə hazırdırsa, İslam onun üçün yol qoyur. Əlbəttə, qadın tərəfindən irəli sürülmüş boşanma təklifini kişinin qəbul etməsi vacib deyil.

14. İlahi qanunun pozulması zülmdür.


230. ﴿فَإِن طَلَّقَهَا فَلاَ تَحِلُّ لَهُ مِن بَعْدُ حَتَّىَ تَنكِحَ زَوْجًا غَيْرَهُ فَإِن طَلَّقَهَا فَلاَ جُنَاحَ عَلَيْهِمَا أَن يَتَرَاجَعَا إِن ظَنَّا أَن يُقِيمَا حُدُودَ اللّهِ وَتِلْكَ حُدُودُ اللّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ

Belə ki, əgər (iki dəfə boşanıb təkrar evləndikdən sonra kişi zövcəsini üçüncü dəfə) boşayarsa, artıq qadın ona halal olmayacaq. Yalnız başqa bir kişiyə ərə gedib talaq aldıqdan sonra bir-birlərinin yanına qayıda bilərlər. Əlbəttə ki, ilahi hədləri bərpa edəcəklərinə ümidli olsalar. Bunlar Allahın agah insanlar üçün bəyan etdiyi hədlərdir.”



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin