◘Çaşqınlıq, zülm, təhlükə böyük olan yerdə xəbərdarlıq və tövsiyələr də çox olmalıdır. Əvvəlki iki ayədə xoşluqla ayrılmaq tapşırılsa da, bu ayədə növbəti dəfə buyurulur: “Onları layiq olduqları tərzdə saxlayın, ya da bəyənilmiş şəkildə azad edin.” Çünki ayrılıq məqamında qadın və kişinin ruhi durumu adi olmur. Həmin vaxt intiqam hissi, bir-birinə zərbə vurmaq, əzab vermək istəyi öz fövqünə çatır.
◘Qadının hüquqlarının pozulmasında kişi özü də əzab çəkir. Qadın və kişi varlıq nizamında vahid bir cismin əzalarıdır. Bir əzanı incitmək bütün vücudu incitməkdir. Qadına zülm edən insan ilahi cəzanın görüşünə gedir. Ona görə də uyğun rəftarla özünə zülm etmiş olur.
Dostları ilə paylaş: |