Əgər boşanmış qadınlar öz keçmiş ərləri ilə razılığa gəlib yenidən ailə qursalar, ayrı-ayrı fərdlərin və cəmiyyətin islahında çox təsirli olar. Çünki belə hallarda onların şəxsi məlumatları və sirləri gizli qalır, övladlar öz valideynlərinin və həqiqi tərbiyəçilərinin qoynuna qayıdır. Digər tərəfdən, ər-arvad ayrılığın acısını çəkdiklərindən bir daha ayrılacaqlarından narahatdırlar.
Bildirişlər
1. Ər seçimində boşanmış qadının rəyi möhtərəmdir. Növbəti izdivacda başqasının icazəsinə ehtiyac yoxdur.
2. Bir dəfə boşanmaqla həmişəlik bədbin olmayın. Bəlkə də boşanmadan sonra hər iki tərəf peşman olub, bəyənilmiş tərzdə yeni həyata başlamaq istəsin.
3. Evlənmənin əsas şərti iki tərəfin razılığıdır.
4. İzdivac razılığı ağıl və ədalətə əsaslanmalıdır.
5. Başqalarının şəri izdivacı yolunda çətinlik yaradıb, pozucu fəaliyyət göstərənlər Allaha və qiyamət gününə olan imanlarına şəkk etməlidirlər.
6. Təbii və şəri cazibələrin qarşısını almayın. Boşanmış ər-arvad arasında şirin xatirələr də ola bilər. Bu xatirələr yada düşdükdə ər və arvad təbii və şəri yolla bir-birinə qovuşmasalar, büdrəmə və azğınlıq təhlükəsi yaranar.
7. Cəmiyyətin sağlamlığının hifzi üçün boşanmış qadınlar ərsiz qalmamalıdır.
8. Yenidən izdivacın bərəkəti, əvvəlki yoldaşın yanına qayıdış, eləcə də, boşanma və təkliyin fəsadları bəşər düşüncəsinin fövqündədir.
233. ﴿وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلاَدَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ لِمَنْ أَرَادَ أَن يُتِمَّ الرَّضَاعَةَ وَعلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ لاَ تُكَلَّفُ نَفْسٌ إِلاَّ وُسْعَهَا لاَ تُضَآرَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلاَ مَوْلُودٌ لَّهُ بِوَلَدِهِ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَلِكَ فَإِنْ أَرَادَا فِصَالاً عَن تَرَاضٍ مِّنْهُمَا وَتَشَاوُرٍ فَلاَ جُنَاحَ عَلَيْهِمَا وَإِنْ أَرَدتُّمْ أَن تَسْتَرْضِعُواْ أَوْلاَدَكُمْ فَلاَ جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُم مَّآ آتَيْتُم بِالْمَعْرُوفِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ﴾
“Südvermə dövrünü kamala çatdırmaq istəyən analar övladlarına tam iki il süd versinlər. Bu anaların yeməyi və geyimi yaxşı bir vəchlə övlad sahibinin öhdəsinədir. Heç kimə gücündən artıq vəzifə tapşırılmaz. Heç bir ana və heç bir ata öz övladına xatir zərərə düçar olmamalıdır. (Ata olmadıqda ananın yeməyi və geyimi) onun varisinin boynunadır. Əgər ata və ana bir-birləri ilə razılıq və məsləhət əsasında körpəni (iki il tamam olmamış) süddən ayırmaq istəsələr, onlar üçün günah yoxdur. Əgər övladınıza dayə tutmaq istəsəniz, sizin üçün günah deyil. Bir şərtlə ki, bəyənilmiş halda müəyyənləşdirdiyinizi ödəyəsiniz. Allahdan çəkinin və bilin ki, Allah əməllərinizi görəndir.”
Dostları ilə paylaş: |