Bildirişlər
1. İslam əhatəli bir dindir. Hətta körpənin ana südü ilə münasib qidalanma rejimi vardır.
2. Hətta boşanmış ana övladını əmizdirməkdə başqalarından imtiyazlıdır.
3. Süd vermənin kamil müddəti iki ildir.
4. Övlada süd verdiyi üçün ananın və dayənin maddi haqları ödənməlidir.
5. Xərcin miqdarı ürfə (adət-ənənəyə) əsasən təyin olunmalıdır və imkan həddində olmalıdır.
6. Vəzifə insanın güc və imkanına əsaslanır.
7. Övlad valideyninə zərər səbəbi olmamalıdır.
8. Körpənin atası dünyadan getmiş də olsa, südvermə dövründə ananın dolanışığı təmin olunmalıdır.
9. Körpə valideynlə məsləhət və razılıq əsasında süddən ayrıla bilər.
10. Ər və arvad körpənin işləri haqqında məsləhətləşməlidirlər.
11. Süd verməkdə ana dayədən irəli gəlir.
12. Körpəyə süd verilərkən təqvaya riayət olunması valideynin öhdəsinədir.
234. ﴿وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنفُسِهِنَّ بِالْمَعْرُوفِ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ﴾
“Sizlərin ölüb-gedənlərinizdən qalan qadınlar dörd ay on gün özlərini gözləməlidirlər. Möhlətləri (iddələri) başa çatdıqda onların özləri haqqında bəyənilmiş şəkildə gördükləri işdə sizə günah yoxdur. (Könülləri istəyən kişi ilə izdivac edə bilərlər). Allah gördüyünüz işlərdən xəbərdardır.”
Dostları ilə paylaş: |