◘“Əl-Mizan” təfsirində müxtəlif qövm və millətlərin əqidələri, ərini əldən vermiş qadınlar haqqında məlumat verilmişdir. Təfsirdə oxuyuruq: Bəzi qövmlər belə bir əqidədə olmuşlar ki, ər öldükdən sonra qadını diri-diri yandırsınlar. Bəzilərinin əqidəsinə görə isə qadın əri ilə birlikdə torpaqda diri dəfn olunmalı idi. Bəzi qövmlər yenidən izdivacı həmişəlik qadağan sayırdılar. Bəziləri isə növbəti izdivaca qədər bir il və ya doqquz ay gözləməyi zəruri bilirdilər.
Bəziləri belə bir əqidədə idilər ki, qadın ərin vəsiyyətnaməsində göstərilmiş müddətə qədər ərə gedə bilməz. Bir başqaları ər ölən kimi yenidən izdivacı caiz sayırdılar. Bu əqidələrdəki ifrat və təfrit açıq-aşkar diqqəti cəlb edir. İslam isə öz baxışını belə bəyan etdi: Qadın iddə müddətini gözlədikdən sonra ləyaqət və yaxşılıq çərçivəsində istədiyi kişiyə ərə gedə bilər.
◘Ərin ölümündən sonrakı dörd ay on günlük iddə müddətində qadının hamilə olub-olmadığı bilinir. Bundan əlavə, əri ölən kimi izdivac edən qadın qohum-əqrəbanın narahatlığına səbəb olur.
Əlbəttə ki, yuxarıda deyilənlər hamilə olmayan qadınlar üçündür. Hamilə qadınlar isə bətnindəki körpəni doğanadək iddə gözləməlidirlər.
◘Quran izdivacla bağlı bir çox məqamlarda “məruf” sözünü işlədir. Bu sözdən görünür ki, bütün qərarlar ağıl və şəriət əsasında çıxarılmalıdır.
Dostları ilə paylaş: |