Bildirişlər
1. Ölüm yox olmaq deyil. Ölüm ruhun kamil şəkildə cisimdən ayrılmasıdır. “Təvəffi” sözü tam almaq mənasını bildirir.
2. Qadın əri öldükdən dərhal sonra yeni ailə qura bilməz.
3. Ərin adamları dul qadının qərarlarına müdaxilə edə bilməz.
4. Bütün işlərimizin və qərarlarımızın Allahın nəzərində olmasına iman təqvanın ən möhkəm dayağıdır.
235. ﴿وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُم بِهِ مِنْ خِطْبَةِ النِّسَاء أَوْ أَكْنَنتُمْ فِي أَنفُسِكُمْ عَلِمَ اللّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَـكِن لاَّ تُوَاعِدُوهُنَّ سِرًّا إِلاَّ أَن تَقُولُواْ قَوْلاً مَّعْرُوفًا وَلاَ تَعْزِمُواْ عُقْدَةَ النِّكَاحِ حَتَّىَ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ وَاعْلَمُواْ أَنَّ اللّهَ يَعْلَمُ مَا فِي أَنفُسِكُمْ فَاحْذَرُوهُ وَاعْلَمُواْ أَنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ﴾
“(Əri ölmüş qadınlara) kinayə və bir işarə ilə elçiliyi bildirmək və ya onu ürəkdə saxlamağın günahı yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Onlarla bəyənilmiş şəkildə danışın, amma gizlində vədələşməyin. Müəyyən olmuş müddət başa çatmayınca, onlarla izdivac etməyin. Bilin ki, Allah qəlbinizdə olanları bilir. Ondan çəkinin və bilin ki, Allah bağışlayan və həlimdir.”
Dostları ilə paylaş: |