◘“Ərrəztum” üstüörtülü danışıq, “xitbət” isə elçilik mənasındadır. Bu ayədə iddə zamanı izdivac etmək istəyinin izharı üçün maneə olmadığı bildirilir. Bir şərtlə ki, aşkar yox, kinayə ilə olsun. Burada “qovli-məruf” (şüurlu məsləhət) odur ki, elçilik istəyinin izhar üsulu itki vermiş qadına və ictimai ədəbə uyğun olsun. Məsələn, belə demək olar: Allah ərinizə rəhmət etsin və sizə səbir versin. Siz əriniz kimi layiqli adamlarla yenə ailə qura bilərsiniz.
Bildirişlər
1. İslam fitri bir dindir və insanın izdivac meyli də fitridir. Ona görə də İslam hətta iddə müddətində kinayə yolu ilə, hisslərə toxunmamaqla bu istəyin bəyanına icazə verir.
2. Nəfs istəklərinə və həyəcanlarına diqqətli olun. İstəkləri boğmaq əvəzinə gənclərə yol göstərib xəbərdarlıq edin.
3. Təkliflərin proqramlaşdırılmasında zaman və halı nəzərə almaq əsas məsələdir. İddə dövründə hüznlü qadına elçilik ədəbsizlik, kobudluqdur.
4. Qəlbində olanlardan Allahın xəbərdarlığını bilən kəs təqva yolunu seçər.
5. Bütün hallarda, xüsusi ilə ailə məsələlərində təqva sifariş olunmuşdur.
6. Allah Öz helmi ilə sizin səbirsizliyinizi aradan qaldırır. Siz o qədər tələsirsiniz ki, ərini itirmiş hüznlü qadının elçiliyinə tələsirsiniz. Allah isə Öz helmi ilə bu işi sizin üçün qadağan etməmişdir.
7. Xəbərdarlıq etdikdən sonra geri qayıdış üçün şərait yaradın.
236. ﴿لاَّ جُنَاحَ عَلَيْكُمْ إِن طَلَّقْتُمُ النِّسَاء مَا لَمْ تَمَسُّوهُنُّ أَوْ تَفْرِضُواْ لَهُنَّ فَرِيضَةً وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدْرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُحْسِنِينَ﴾
“Əgər qadınlara yaxınlıq və ya talaq mehrini təyin etməzdən əvvəl boşansanız, sizin üçün günah yoxdur. Amma onları (münasib hədiyyələrlə) bəhrələndirin. Kimin gücü varsa, gücü həddində, yoxsul olan isə imkanı qədərində (verənin və alanın halına münasib). Bu iş yaxşı əməl sahibləri üçün layiqlidir.”
Dostları ilə paylaş: |