Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə403/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   399   400   401   402   403   404   405   406   ...   484

Nöqtələr


◘Bəziləri elə güman edirdilər ki, yaxınlıq və mehriyyə təyinindən qabaq talaq vermək düzgün deyil. Bu ayə düşüncələrin islahı ilə yanaşı hədiyyə məsələsini də yada salır.

Bildirişlər


1. Boşanma da xeyirxahlıq və yaxşılıq fəzasında olmalıdır.

2. Sözdə iffət də bir dəyərdir. Allah yaxınlıq məsələsini xüsusi bir tərzdə ifadə edir:

3. Mehriyyənin təyini və ödənməsi kişiyə vacibdir.

4. Talağın acılığını hədiyyə vasitəsi ilə aradan qaldırın. Yaxınlıq baş verməmiş olsa da, talaq qadın üçün psixoloji bir sıxıntıdır. Bu sıxıntını ehsan və layiqli hədiyyə vasitəsi ilə aradan qaldırmaq lazımdır.

5. İzdivac əqdinin müqəddəsliyi və hörməti var. Yaxınlıq baş verməsə də, əqd siğəsinin icrası ayrılıq zamanı qadına münasib hədiyyə almaq haqqı verir.

6. Qadın və kişi tərəfindən insaf və ədalətin qorunması nəzərə alınır. Qadının sarsıntısı hədiyyə vasitəsi ilə aradan qaldırıldığı kimi, kişi də hədiyyə səbəbindən sıxıntıya düşməməlidir. Hər kəs öz gücü həddində bu işi görməlidir.

7. Ailə qarşısında kişinin vəzifəsi onun gücü qədərdir.

8. Həyat yoldaşının ictimai şəninə hörmət lazımdır. Ayədəki “məruf” sözü hədiyyə verilməsində elin adəti və ictimai məsələlərə riayət olunmasını tələb edir.

9. Ailə həyatında ifrat və təfritdən çəkinin.

10. Həyat yoldaşına hədiyyə xeyir əməl sahiblərinin nişanəsidir.

11. Mal hədiyyəsi pul hədiyyəsindən üstündür. Ayədəki “məta” sözü hədiyyənin pul yox, maldan olmasını önə çəkir.

12. Ər öz arvadına verdiyi hədiyyəni ağır yük, bac, sədəqə saymamalıdır. Bu bir növ qadının kişi boynundakı haqqıdır.

13. Əxlaq ilahi hökmlərin dayağıdır.
237. ﴿وَإِن طَلَّقْتُمُوهُنَّ مِن قَبْلِ أَن تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إَلاَّ أَن يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ وَأَن تَعْفُواْ أَقْرَبُ لِلتَّقْوَى وَلاَ تَنسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ إِنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Mehriyyə təyin etdiyiniz qadınları onlarla yaxınlıq etməmiş boşasanız, təyin etdiyinizin yarısını onlara verin. Onlar (öz haqlarını) bağışlasalar bu ayrı. Ya da izdivac əqdi əlində olan kəs onu bağışlasın. Əgər bağışlasanız, (onların bütün mehrini ödəsəniz), bu iş təqvaya daha yaxındır. Öz aranızda yaxşılığı unutmayın ki, həqiqətən, Allah etdiyiniz işləri görəndir.”



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   399   400   401   402   403   404   405   406   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin