◘“Orta namaz” ifadəsi bir neçə cür izah olunmuşdur. Amma ayənin nazil olma şəninə diqqət yetirsək görərik ki, bir dəstə müsəlman günortalar hava çox isti olduğundan namazda iştirak etmirdilər. Rəvayət və təfsirlərə əsasən bu ifadə günorta namazını bildirir.
◘Ailə məsələləri ilə bağlı ayələrin arasında namaz məsələsinə diqqət bir işarədir ki, nəfsani istəklər, zövcənin iqtisadi və hüquqi məsələləri insanı namaza diqqətsiz etməsin.
◘Hər bir şeyin qorunması onun özünə münasib olmalıdır. Mal oğrudan, bədən mikrobdan, ruh hərislik, həsəd, təkəbbür kimi əxlaqi bəlalardan, övlad pis dostdan qorunmalıdır. Bəs namaz necə qorunur? Namazı hifz etmək üçün onun sirləri ilə tanışlıq, onu vaxtında və düzgün yerinə yetirmək, namazın hökm və qaydalarını öyrənmək, ibadət mərkəzlərini qorumaq və diqqətli olmaq lazımdır.
Hədisdə oxuyuruq: Namaz bəzilərinə deyər: “Məni zay etdin, Allah səni zay etsin.” Digər bir qrupa deyər: “Məni hifz etdin, Allah səni hifz etsin.”1
Dostları ilə paylaş: |