Bildirişlər
1. Namaz davamlı şəkildə qılınmalıdır.
2. Namazın hifzinə bütün xalq məsuldur.
3. Namazı camaatla qılın.
4. Harada səhlənkarlıq və qəflət daha çox hiss olunursa, orada daha çox diqqətli olmalıyıq.
5. Namaz çox diqqətlə, sevinclə, mərifətlə və ixlasla qılınmalıdır.
6. İnsan varlıq nizamı ilə həmahəng olmalıdır. Quran varlıq haqqında buyurur: “Göylərdə və yerdə olanlar bütünlüklə Onundur. Hamı Ona boyun əyir.”2 Əgər insan boyun əyməzsə, varlıq aləmində başqa rəngdə görünər.
7. Namazın dəyəri ondakı xüzu ilə ölçülür.
239. ﴿فَإنْ خِفْتُمْ فَرِجَالاً أَوْ رُكْبَانًا فَإِذَا أَمِنتُمْ فَاذْكُرُواْ اللّهَ كَمَا عَلَّمَكُم مَّا لَمْ تَكُونُواْ تَعْلَمُونَ﴾
“Əgər (düşməndən və ya başqa bir xətərdən) qorxsanız, piyada və ya süvari halda (mümkün şəkildə namaz qılın). Əmin-amanlığa çıxdıqda Allahı yad edin. Necə ki, bilmədiyinizi sizə öyrətdi.”
Dostları ilə paylaş: |