Bildirişlər
1. Boşanmış qadınlarla rəftarda təqvalı olmaq lazımdır.
2. Kini aradan qaldırmaq kimi təsəlli roluna malik hədiyyə verilməsi təqvalıların nişanəsidir.
3. İlahi hökmlərin və göstərişlərin faydasını anlamaq üçün onlar haqqında düşünmək lazımdır.
243. ﴿أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُواْ مِن دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللّهُ مُوتُواْ ثُمَّ أَحْيَاهُمْ إِنَّ اللّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَشْكُرُونَ﴾
“Minlərcə sayda olduqları halda ölüm qorxusundan öz evlərini qoyub qaçan kəsləri görmədinmi? Allah onlara buyurdu: “Ölün!” (Onlar öldülər.) Sonra onları diriltdi (gələcəkdəkilərə ibrət olsun deyə.) Həqiqətən, Allah xalqa ehsan edir. Amma xalqın çoxu şükür etməz.”
Dostları ilə paylaş: |