Bildirişlər
1. Allahın bəndələrinə yardım Allaha yardımdır.
2. İnsanları xeyir işə həvəsləndirmək üçün təşviq lazımdır.
3. Əgər rifah və sıxıntının Allahın əlində olduğuna inansaq, rahatca infaq edərik.
4. Əgər bilsək ki, Allaha doğru qayıdacağıq və bütün verdiklərimizi geri alacağıq, rahatca infaq edərik.
246. ﴿أَلَمْ تَرَ إِلَى الْمَلإِ مِن بَنِي إِسْرَائِيلَ مِن بَعْدِ مُوسَى إِذْ قَالُواْ لِنَبِيٍّ لَّهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُّقَاتِلْ فِي سَبِيلِ اللّهِ قَالَ هَلْ عَسَيْتُمْ إِن كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ أَلاَّ تُقَاتِلُواْ قَالُواْ وَمَا لَنَا أَلاَّ نُقَاتِلَ فِي سَبِيلِ اللّهِ وَقَدْ أُخْرِجْنَا مِن دِيَارِنَا وَأَبْنَآئِنَا فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْاْ إِلاَّ قَلِيلاً مِّنْهُمْ وَاللّهُ عَلِيمٌ بِالظَّالِمِينَ﴾
“Bəni-İsrail böyüklərindən olan o dəstəni görmədinmi ki, Musadan sonra öz peyğəmbərlərinə dedilər: “Bizim üçün bir başçı seç, Allah yolunda savaşaq.” O dedi: “Ehtimal edirsinizmi ki, əgər sizə savaş əmri verilsə, (itaətdən çıxıb) cihad etməyəcəksiniz? Dedilər: “Necə olar ki, Allah yolunda savaşmayaq? Bir halda ki, evlərimizdən və övladlarımızdan ayrılmışıq?” Elə ki, onlara savaş əmri verildi, kiçik bir hissəsi istisna olmaqla, boyun qaçırdılar. Allah zalımlardan xəbərdardır.”
Dostları ilə paylaş: |