Bildirişlər
1. Müsəlmanlar Bəni-İsrailin tarixinə diqqətlə nəzər salmalı və ibrət götürməlidirlər.
2. İlahi rəhbərin mövcudluğu pərakəndəliyin, avaralığın və zülmə təslimçiliyin qarşısını alır.
3. Bəzi peyğəmbərlərin risaləti xalqın yalnız bir hissəsinə aid olmuşdur.
4. Hərbi komandan səmavi rəhbər tərəfindən seçilməli və təyin olunmalıdır. Demək, din siyasətdən ayrı deyil.
5. Müvəffəqiyyətli savaş üçün layiqli komandan lazımdır.
6. Zalım hakimlərdən xilas olmaq üçün ilahi peyğəmbərlərə sığınmaq lazımdır.
7. İslah təklifi verənlərdən öhdəçilik alınmalıdır.
8. Rəhbər uzaqgörən olmalıdır. O, xalqın öz əhdini sındırması və məsuliyyətdən qaçmasını ehtimal etməlidir.
9. Zülmdən yaxa qurtarmaq və vətənin müdafiəsi üçün aparılan cihad Allah yolunda cihaddır.
10. Çətinliklərin meydana çıxması azadlıq hərəkatı səbəbidir.
11. Mübarizə meydanı iddialı insanların qiymətləndirilmə vasitəsidir.
Xoş olar, işdi məhək aləti gəlsə araya,
Qatqılı üzləri döndərməlidir ol qaraya.
12. Əhdi pozanlar və əməlsiz şüarçılar zalımdırlar.
13. Allah agahdırsa, bir bu qədər pərdələnmə nə üçündür?!
247. ﴿وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا قَالُوَاْ أَنَّى يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِّنَ الْمَالِ قَالَ إِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ وَاللّهُ يُؤْتِي مُلْكَهُ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ﴾
“Peyğəmbərləri onlara dedi: “Həqiqətən, Allah Talutu sizə hakimlik üçün məbus etmişdir.” Dedilər: “O bizə necə hakim ola bilər ki, biz ondan daha layiqli rəhbərik və ona çoxlu sərvət verilməyib?” Peyğəmbərləri dedi: “Allah onu sizin üçün seçmiş, elm və cisim gücünü artırmışdır. Allah öz mülkünü istədiyinə verər. Allahın (ehsanı) genişdir və O (bəndələrinin ləyaqətindən) xəbərdardır.”
Dostları ilə paylaş: |