Nöqtələr
◘“Vase” sözü Allahın ehtiyacsız olduğunu və istənilən bir bəxşişə qadir olduğunu bildirir.
◘Bəni-İsrailin öz peyğəmbərlərinə savaşa rəhbərlik üçün hərbi komandan istəməsinə baxmayaraq, onların bu istəyinə cavab verildikdə bəhanə gətirib dedilər: Talut hara, hakimiyyət hara?” Məlum olur ki, Talut onlara hərbi komandan olmaqdan əlavə, hakim də təyin edilmişdir. Bəni-İsrail öz peyğəmbərlərindən savaş üçün başçı istəsə də, gənc, fəqir, adsız-sansız Talut başçı təyin olunduqda dedi: “Şöhrəti və sərvəti olmadığı halda, o bizə necə komandanlıq edər? Biz öz sərvətimiz və imkanlarımız baxımından ondan daha layiqik!”
Peyğəmbər onların bəhanələrini eşidib buyurdu: “Şübhəsiz ki, Allah onu sizin üçün seçmişdir. Və onun savaşa başçılıq üçün elmi, fiziki və digər imkanları vardır. Allah istədiyi kəsə ləyaqəti, gizli istedadları xatirinə başçılıq verər.
Bəli, Allahın bir nəzəri daşı cəvahirə döndərər. Onun baxışı bərəkətindən tikan gül olar, fəqir isə hakim! Məgər qoyunlarını itirmiş bir çoban hakimlik ləyaqətinə malikdirmi? Rəvayətdə deyilir: Talut itmiş qoyunları axtararaq şəhərə üz tutmuş bir çoban idi. O, peyğəmbərin xidmətinə gəldi. Allah Öz peyğəmbərinə vəhy etdi ki, bu çobanın başçılıq ləyaqəti var və onu xalqa təqdim etsin.
◘Bəlkə də ayədəki “bəstətən fil-ilmi” cümləsi Talutun əhatəli elminə işarədir. Yəni o bir çox elmlərdə geniş məlumata malik olmuşdur.
Dostları ilə paylaş: |