Bildirişlər
1. Peyğəmbərlər vəhy əsasında öz canişinlərini seçirlər.
2. Allahın təyin etdiyi rəhbərlik xalqın xeyrinədir.
3. Azadlıq və qurtuluş arzusundasınızsa, ilahi rəhbəri qəbul etməlisiniz.
4. Din siyasətdən ayrı deyil. Peyğəmbərlər hərbi məsələlərə bilavasitə müdaxilə etmiş və hərbi komandanların təyinatı ilə məşğul olmuşlar.
5. Ad-sansız və fəqir insanların gizli istedadlarından qəflətdə qalmayın.
6. Həqiqi iman nişanəsi Allaha və Onun rəsuluna təslimçilikdir. Bəni-İsrail öz yanlış düşüncəsi səbəbindən təslim olmadı.
7. Bizim ilahi rəhbərlə rəftar qaydamız ilahi imtahanlardan biridir.
8. İnsanın özünü üstün tutması məhkum edilir. (Necə ki, şeytan “Əraf” surəsinin on ikinci ayəsində “ənə xəyrun minhu” deməklə özünü üstün tutdu.)
9. Ad-san, vəzifə, şəhərdə yaşamaq üstünlük nişanəsi deyil. Bu ayədə var-dövləti, vəzifəni üstünlük meyarı sayanlar tənqid olunmuşdur.
10. İlahi seçim boş-boş şeylərə yox, ləyaqətə əsaslanır.
11. Elmi və fiziki qüdrət qoşun başçılığının iki zəruri şərtidir.
12. Elmi qüdrət fiziki qüdrətdən də mühümdür. Əvvəlcə elm, sonra cisim sözü gəlmişdir.
13. Seçim zamanı daha elmli olmaq əsas məsələdir.
14. Rəhbər, müdir öz işçilərinə diqqətlə yanaşmalı, işinin və seçiminin dəlillərini bəyan etməli, şübhələri aradan qaldırmalıdır. Onlar deməlidirlər ki, hansı işi görüb-görməmək öz haqlarıdır. Peyğəmbər Talutun seçim dəlili kimi onun elmi və cismi gücünü bəyan etdi.
15. İlahi lütf nə fəqirlik və ad-sansızlıqdan, nə də sərvət və şöhrətdən asılıdır.
16. Xalqın əksər etirazlarının səbəbi onların dar baxışlı və dar düşüncəli olmasıdır. Allahın elmi isə nəhayətsiz və qeyri-məhduddur.
248. ﴿وَقَالَ لَهُمْ نِبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَن يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِّن رَّبِّكُمْ وَبَقِيَّةٌ مِّمَّا تَرَكَ آلُ مُوسَى وَآلُ هَارُونَ تَحْمِلُهُ الْمَلآئِكَةُ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ﴾
“Peyğəmbərləri onlara dedi: “Onun hakimiyyət nişanəsi budur ki, sizə doğru tabut (sandıq) gələcək. Onda Allahınız tərəfindən bir aramlıq, Musa və Harun ailəsindən miras, yadigar var. Bir halda ki, onu mələklər daşıyır. Həqiqətən, bu mövzuda sizin üçün aşkar dəlil var. Əgər imanınız olsa!
Dostları ilə paylaş: |