Bildirişlər
1. Vasitələrlə də olmuş olsa, aramlığın qaynağı Allahdır.
2. İnsan daim aramlığa ehtiyaclıdır. Xüsusi ilə də cihad meydanına gedən zaman. (Bu ayədə “səkinə” sözü düşüncə aramlığının əhəmiyyət və zəruriliyini göstərir.)
3. İlahi rəhbərdə ilahi nişanə olmalıdır. Talutun Allah tərəfindən seçilməsinin təsdiqi üçün ilahi nişanə olmalı idi.
4. Əgər Musanın bədəni və Tövrat lövhələri ilə təmasda olmuş sandıq və müqəddəs sakitləşdirici idisə, ilahi övliyaların qəbri üzərindəki sandıqları da müqəddəs saymaq Qurana zidd deyil.
5. Peyğəmbərlərin əsərlərinin hifzi dəyərlidir və aramlıq səbəbi, təbərrükdür.
249. ﴿فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللّهَ مُبْتَلِيكُم بِنَهَرٍ فَمَن شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَن لَّمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلاَّ مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ فَشَرِبُواْ مِنْهُ إِلاَّ قَلِيلاً مِّنْهُمْ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُواْ مَعَهُ قَالُواْ لاَ طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنودِهِ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو اللّهِ كَم مِّن فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللّهِ وَاللّهُ مَعَ الصَّابِرِينَ﴾
“Talut qoşunu özü ilə bayıra çıxaranda onlara dedi: “Allah sizi bir su axarı ilə imtahana çəkir. Hər kəs ondan içsə, məndən deyil. Hər kəs ondan – yalnız bir ovuc əliylə içməsi istisna olmaqla - içməsə, məndəndir. (Elə ki, su arxına çatdılar), az bir qismindən başqa hamı içdi. O və onun imanlı köməkçiləri arxı keçdikdən sonra (düşməni görüb) dedilər: “Bu gün bizim Calut və onun qoşunu ilə savaşa gücümüz yoxdur.” Amma Allahla görüşəcəklərinə inananlar (qiyamət gününə iman gətirənlər) dedilər: “Çox olar ki, kiçik bir dəstə Allahın izni ilə böyük dəstəyə qalib gəlsin. Allah səbirlilərlədir.”
Dostları ilə paylaş: |