◘Rəvayətlərə görə Davud həmin bu döyüşdəki şücaətinə görə peyğəmbərlik məqamına çatdı. Onun övladı Süleyman da ilahi peyğəmbərlərdən oldu.
◘Rəvayətdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) buyurdu: “Allah bir saleh müsəlmana görə onun yüz min qonşusunun üzərindən bəlanı uzaqlaşdırar.” Sonra həzrət həmin ayəni oxumuşdur.1
◘Ötən ayələrdən məlum olur ki, bir neçə şey qələbə amilidir: güclü və layiqli rəhbər, mömin ardıcıllar, təvəkkül, səbir və ardıcıllıq, ilahi məqsəd.
Bildirişlər
1. Səy və cihad sizdən olsa da, düşmənin məğlubiyyəti Allahın əlindədir.
2. Mücahidlərin xalisanə duaları qəbul olur.
3. Parlaq istedad, ləyaqət, fədakarlıq və müsbət keçmiş olmasa, kimsə Allahın xüsusi lütfünə çatmaz.
4. Cəbhə və cihadda qılıncın ağzı düşmən komandanlığına doğru olsun.
5. Döyüşdə mərdanəlik göstərənlərin adını yaşadın.
6. Düşmən rəhbərin məhvi onun qoşununun məhvinə bərabərdir.
7. Təcavüzkar və zalımın qarşısında müqavimət göstərilməsə, fəsad yer üzünü bürüyəcək.
8. Fəsad əhli ilə müharibə zəruridir. Zərərli ünsür aradan götürülməsə, başqa ünsürlər də həmin yola sövq ediləcək.
9. İlahi iradə və fəzl təbii yollarla gerçəkləşir.
10. Təcavüzkara qarşı cihad və müdafiə hökmü ilahi fəzldir.
252. ﴿تِلْكَ آيَاتُ اللّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَإِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ﴾
“Haqq olaraq sənə oxuduqlarımız ilahi ayələrdir. Doğurdan da, sən (İlahi tərəfindən) göndərilmişlərdənsən.”
Dostları ilə paylaş: |