◘İnfaq əmrində İslamın məqsədi yalnız fəqirlərin qarnını doyurmaq deyil. Bu gözəl iş ləyaqətli insanların əli ilə və bəyənilmiş şəkildə, müsbət hədəflərlə yerinə yetirilməlidir.
◘Bəzən insan Allaha doğru addım atıb işə yaxşılıqla başlayır. Amma qürur, minnət, gözləmə və bu kimi xislətlər səbəbindən infaqın dəyəri puça çıxır. Minnət qoymaq infaqı təsirdən salır. Çünki infaqda məqsəd ruhu xəsislikdən paka çıxarmaqdır. Amma ruh minnət səbəbindən bulaşmış olur. Minnət qoyan kəs ya özünü böyütmək, ya da infaq etdiyi şəxsi alçaltmaq fikrindədir. Bu işdə məqsəd xalqın diqqətinin cəlb edilməsi də ola bilər. Bütün hallarda minnət qoyulması ixlasdan uzaqdır. Allah bir bu qədər nemətə görə bizə nə minnət qoyub ki, biz də Onun verdiyindən bir qismini bağışladığımız üçün minnət qoyaq?! “Məcməül-bəyanda” nəql olunmuş rəvayətdə həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah minnət qoyanlara qiyamətdə lətif nəzər salmaz.”
Dostları ilə paylaş: |