Bildirişlər
1. Var-dövlət xeyir olsa da, daha böyük və çox xeyir bəsirət və fərqləndirmə gücüdür. Bu xeyirdən infaq edənlər böyük xeyirə çatar.
2. Şeytan fəqirlik, Allah isə bağışlanma və fəzl vəd edir. Amma bu iki yoldan hər birini tanımaq və seçmək üçün hikmət lazımdır.
3. Dünya bütün var-dövləti ilə cüzidir.2 Hikmət isə böyük xeyirdir. Əgər hikmətə və bəsirətə çatmaq üçün bütün maddi imkanlar fəda olunsa, buna dəyər.
4. Hikmət ən böyük hədiyyə və bütün xeyirlərin anasıdır. Hikmətə çatan bir çox şeylərə çatacaq.
5. Dünyapərəstlər var-dövlətə, maddi hesablara arxalanırlar. Onlar xeyir-zərəri maddi baxımdan ölçürlər. Amma aqil uzaq görənlər və düşüncəli yol tanıyanların hesabı başqa baxımdandır.
270. ﴿وَمَا أَنفَقْتُم مِّن نَّفَقَةٍ أَوْ نَذَرْتُم مِّن نَّذْرٍ فَإِنَّ اللّهَ يَعْلَمُهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ﴾
“İnfaq etdiyiniz hər bir malı və ya nəzir etdiyiniz hər bir şeyi Allah hökmən bilir. Zalımlar üçün heç bir yardımçı yoxdur.”
Dostları ilə paylaş: |