Bildirişlər
1. Sələmçilər ruhi tarazlıqdan məhrumdurlar. Onlar cəmiyyətdə də bu tarazlığı pozurlar.
2. Onların halal alış-verişi haram sələmə oxşatması düşüncələrdəki qeyri-tarazlığın nişanəsidir.
3. Şeytan insanın batininə hakim kəsilə bilir.
4. Günaha don geydirmək ona yol açır.
5. Vəzifə bəyan edilməyincə məsuliyyət yoxdur.
6. İlahi hökmlər xalqın öyüd-nəsihəti və tərbiyəsi üçündür.
7. Bugünkü qanun keçmişdəki insanlara tətbiq olunmur.
8. Bilməyərəkdən səhvə yol verənlərin günahı bağışlanır. Agah şəkildə, məqsədli günah edənlər isə heç vaxt!
276. ﴿يَمْحَقُ اللّهُ الْرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ وَاللّهُ لاَ يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ﴾
“Allah sələmi puç edir, amma sədəqəni artırır. Allah heç bir naşükürü və günahkar kafiri xoşlamır.”
Dostları ilə paylaş: |