Bildirişlər
1. İslam ibadi və fərdi məsələlərlə yanaşı iqtisadi və ictimai məsələlərə də diqqət yetirir. Namaz və zəkat yanaşı bəyan olunmuşdur.
2. Saleh əməldən sonra namaz və zəkatın zikr olunması göstərir ki, bəyənilmiş işlər arasında bu iki işin hesabı ayrıdır.
3. Bəd əməl sahiblərinin hədələnməsinin ardınca saleh əməl sahiblərinin təşviq olunması bir tərbiyə üsuludur.
4. Agah o insandır ki, öz hesab-kitabında bu gün əlində olanı saymaqla kifayətlənməyib, Allahın yanında toplanan ehtiyatına da diqqət yetirsin.
5. Allahın saleh əməl sahibi olan, namaz qılıb zəkat ödəyən möminlərə xüsusi diqqəti var. “Rəbbihim” sözü Allahın xüsusi lütfünə işarədir.
6. İlahi vədlər saleh əməl üçün bir stimuldur.
7. Həqiqi əmniyyət və aramlıq iman, saleh əməl, Allah və xalqla bağlılıq sayəsində əldə olunur.
8. Aramlıq amili iman, saleh əməl, namaz və zəkatdır.
278. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ الرِّبَا إِن كُنتُم مُّؤْمِنِينَ﴾
“Ey iman gətirənlər! İlahi təqva yolunu tutun. Sələmdən qalanı (borcları) boşlayın. Əgər iman gətirmisinizsə!”
Dostları ilə paylaş: |