Bildirişlər
1. Sələmçilik cahiliyyət dövrünün adətlərindəndir. İlkin İslam dövründəki müsəlmanlar da bu işə qatılmışdılar.
2. Təqva imandan üstün bir mərhələdir.
3. Sələmçi əldə etdiyinin sahibi olmur. İslam sələmdən gələn faydanı rəsmi şəkildə tanımamışdır.
4. Haram maldan əl çəkmək iman və təqvanın şərtidir.
279. ﴿فَإِن لَّمْ تَفْعَلُواْ فَأْذَنُواْ بِحَرْبٍ مِّنَ اللّهِ وَرَسُولِهِ وَإِن تُبْتُمْ فَلَكُمْ رُؤُوسُ أَمْوَالِكُمْ لاَ تَظْلِمُونَ وَلاَ تُظْلَمُونَ﴾
“Əgər belə etməsəniz, (bilin ki,) Allah və Onun rəsuluna savaş elan etmisiniz. Əgər tövbə qılsanız, sərmayəniz özünüzündür. (Bu halda) nə zülm edirsiniz, nə də sizə zülm olunur.”
Dostları ilə paylaş: |