Nöqtələr
◘Bu ayədə borcluya möhlət vermək tapşırılsa da, borclu şəxs bu tapşırıqdan sui-istifadə etməməlidir. Çünki üzürsüz səbəbdən borcunu ödəməyən kəs günahkardır. Hədisdə nəql olunmuşdur: “Üzrü olmadan borcunu ödəməyənlər üçün oğurluq günahı yazılar. Möhlət verənlər üçün isə şəhidlərin mükafatı qeyd olunar. Borcluya verilən möhlətin hər günü üçün həmin məbləğdə sədəqənin mükafatı qeyd olunar.”1
◘İmkanı çatmayan borclunu bağışlamaq sizin üçün daha yaxşıdır. Çünki:
a) Bəlkə də sabah sizin özünüz üçün də belə bir vəziyyət yaransın.
b) Mal nə vaxtsa unudulur, amma imkanı olmayana bağışlamaq heç vaxt unudulmur.
v) İmkansızın və Allahın razılığını qazanmaq adi qazancdan qat-qat üstündür.
◘Fiqhi hökmlərdə deyilir: Üzürlü borclunu həbs etmək qadağandır. Borclu şəxsin həqiqətən borcu ödəmək imkanı yoxdursa, onun borcunun ödənməsi İslam hökumətinin vəzifəsidir.
Dostları ilə paylaş: |