◘Quran bəzi peyğəmbərlərin sitayişində buyurur: “Onların əli və gözü vardır.”1 (Qeyd) Məqsəd bu ola bilər ki, yalnız bütsındıran əli olanın əli, Allahı görən gözü olanın gözü var. Belə əli və gözü olmayan münafiqlər şikəst kimidirlər və bu şikəstliyə özləri səbəbkar olmuş və tanıma vasitələrini əldən vermişlər. Ona görə də münafiqlər haqqında “dərk etmirlər”, “bilmirlər”, “görmürlər”, “eşitmirlər”, “geri dönmürlər” kimi təbirlər işlədilmişdir.
◘Baxmaq bəsirət demək deyil. Quranda oxuyuruq: “Görürsən ki, sənə baxırlar. Halbuki görmürlər”,2 (Qeyd) çünki onların haqqı görmək üçün bəsirət gözləri yoxdur.
◘Tanıma imkanlarından və vasitələrindən istifadədən məhrumluq süqut və insanlığın itirilməsinə bərabərdir.3 (Qeyd)
◘Dünyada özünü korluğa, karlığa və lallığa qoyanın cəzası axirət korluğu, axirət karlığı və axirət lallığıdır.4 (Qeyd)
Dostları ilə paylaş: |