◘Əllamə Təbatəbai “Əl-mizan” təfsirində buyurur: “İnsanın iki növ qəlb haləti var: Bəzən ixtiyarsız olaraq qəlbdən bir şey ötüşür. İnsan belə təsəvvürlərə görə günaha batmır. Çünki belə təsəvvürlər bizim ixtiyarımızda deyil. Amma insanın pis əməllərinə səbəb olan və ruhumuzun dərinliyində möhkəmlənmiş ruhi hallara görə cəza var.
◘Olsun ki, ayədə küfr, haqqın gizlədilməsi kimi qəlbə aid günahlar nəzərdə tutulmuşdur. İnsanı günaha aparan müqəddimə təsəvvürlər ayənin məqsədi olmaya da bilər.
◘İnsan öz ruhiyyəsinə, qəlb halına görə məsuldur. Bu məsələ Quranda dəfələrlə işarə olunmuşdur. O cümlədən:
- “Allah sizi qəlblərinizin kəsb etdiyinə görə cəzalandırar.”1
-“Doğrudan da, gizlədənin qəlbi günahkardır.”2
- “Həqiqətən, qulaq, göz və qəlb hər biri sorğuya çəkilər.”3
- O kəslər ki, möminlər arasında pislik yaymaq istərlər, onları dünya və axirətdə şiddətli əzab gözləyir.”4
◘Həzrət Əli (ə) buyurmuşdur: “Xalq öz düşüncə və niyyətlərinə görə cəzalandırılar.”5
Dostları ilə paylaş: |