◘Münafiqlərdə nurani dəlilləri və ilahi ayənin şöləsini görməyə güc yoxdur. Onlar biyabanda ildırımın işığından gözü qamaşan və yalnız bir neçə addım ata bilən müsafir kimidirlər. Münafiqlər İslam cəmiyyətində bir neçə addım ata bilsələr də, hansısa hadisələr səbəbindən yenidən dayanırlar. Onlar öz daxili fitrət çıraqlarını söndürmüşlər və xarici güclərdən nur intizarındadırlar.
◘“Allah hər şeyə qadirdir” dedikdə mümkün işlər nəzərdə tutulur. Məsələn, bir şəxsin riyazi biliyini tərif ediriksə, bu o demək deyildir ki, o, ikinin üstünə iki gələndə beş ala bilər. Belə bir nəticə qeyri-mümkündür. İkini ikiyə əlavə etdikdə beş ala bilməməsi riyaziyyatçının qüdrətsizliyi deyil. Bəziləri imamdan soruşdular: “Allah yer kürəsini yumurtanın içində yerləşdirə bilərmi?” İmam əvvəlcə onlara qənaətbəxş bir cavab verərək bildirir ki, gözün giləsi ilə əzəmətli səmanı görürük. Sonra həzrət buyurur: “Allah qadirdir. Amma sizin təklifiniz qeyri-mümkündür.1 (Qeyd)Qeyri-mümkün bir məsələni həll etməyən riyaziyyatçının qüdrəti bu istiqamətdə münasib misaldır.
Dostları ilə paylaş: |