Sual: Nə üçün Allaha ibadət edək?
Cavab: Quranın bir neçə yerində bu sual belə cavablandırılmışdır:
–Çünki Allah sizin xaliqiniz və tərbiyəçinizdir. (“Ubudu Rəbbəkumulləzi xələqəkum”)
–Çünki sizin ruzinizi və əmniyyətinizi təmin edən Odur.5 (Qeyd)
–Çünki Ondan başqa məbud yoxdur.6 (Qeyd)
◘İnsanın ibadəti Yaradanın yox, insanın yaranış hədəfidir. Onun bizim ibadətimizə ehtiyacı yoxdur. Əgər bütün yer əhli kafir olsa da, Ona zərər dəyməz. Necə ki, evin üzünün günəşə və ya arxasının günəşə tikilməsinin günəş üçün fərqi yoxdur.
◘Allah bizim xaliqimiz, ruzi verənimiz və mürəbbimiz olduğundan Ona ibadət etmək vacib olsa da, yenə bu vəzifəni yerinə yetirdiyimiz üçün Allah bizə mükafat verir. Bu Onun çox böyük lütfüdür.
◘İnsanı ibadətə vadar edən növbəti işlərdir:
1. Bizim xaliqimiz, ruzi verənimiz və tərbiyəçimiz olan Allahın nemətlərinə diqqət;
2. İnsanın öz fəqirlik və ehtiyacına diqqəti;
3. İbadətin təsir və bərəkətinə diqqət;
4. İbadəti tərk etməyin pis təsirlərinə diqqət;
5. İnsan diqqət etməlidir ki, bütün varlıq aləmi Ona müti olub təsbih etdiyi halda, nə üçün o, varlıq aləmindən fərqlənməlidir?!;
6. İnsan diqqət etməlidir ki, eşq və pərəstiş onun ruhundadır. Sevilməyə ondan layiqlisi varmı?!
Dostları ilə paylaş: |