Bildirişlər
1. Peyğəmbərin (s) dəvəti ümumidir və bütün xalqı əhatə edir. (“Ya əyyuhənnas”)
2. İbadətin fəlsəfəsi nemət sahibinə şükür etməkdir. (“Əbudu rəbbəkumulləzi xələqəkum”)
3. İlk nemət yaranış, ilk göstəriş xaliq qarşısında əyilməkdir. (“Ubudu Rəbbəkumulləzi xələqəkum”)
4. Məbada ata-babalarımızın bütpərəstliyi və azğınlığı bizi Allaha ibadətdən uzaqlaşdıra. (“Vəlləzinə min qəblikum”)
5. İbadət təqva amilidir. Təqva yaratmayan ibadət ibadət deyil. (“Ubudu... ləəlləkum təttəqun”)
6. Öz ibadətinizlə qürrələnməyin. Hər ibadət təqva yaratmır. (“Ləəlləkum təttəqun”)
22. ﴿الَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً وَالسَّمَاء بِنَاء وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَ﴾
“O Allah ki, sizin üçün yer üzünü döşənəcək, göyü isə tavan qərar verdi. Göydən su endirdi və onun vasitəsi ilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. Belə isə Allahın oxşarı olmadığını bildiyiniz halda Ona şərik qoşmayın.
Dostları ilə paylaş: |