◘Bu ayədə Allah müxtəlif nemətlərə işarə etmişdir. Bu nemətlərin hər biri müxtəlif nemətlər üçün mənbədir. Məsələn, yerin döşənəcək olması bir çox digər nemətlərə işarədir. Eləcə də, dağların bərkliyi, biyabandakı torpaqların yumşaqlığı, yerlə günəş arasındakı məsafə, havanın istiliyi, çaylar, dərələr, dağlar, otlar və onların müxtəlif hərəkətləri yeri döşənəcək kimi hazırlamışdır. Necə ki, Quranda yer haqqında bir neçə təbir işlədilmişdir. Yer beşik (“məhd”), ram (“zəlul”) kimi yad edilmişdir.1 (Qeyd)
◘“Səma” sözü ayədə bir yerdə bütün yuxarı fəzaya işarə oluraq “ərz” sözü qarşısında işlədilmişdir. Bir dəfə isə həmin sözlə yağışın buludlardan endiyi fəzaya işarə olunur.
Dostları ilə paylaş: |