◘Bu ayə Quranın möcüzə olduğunu göstərir. Peyğəmbərlərin dəvəti Allaha doğru hidayətdir. Onlar bu işi dəlillərlə, moizələrlə, yaxşı tərzdə mübahisələrlə yerinə yetirirlər. Onların iddiası yalnız budur ki, Allah tərəfindən xalqın hidayəti üçün gəlmişlər. Bu məqsədlə möcüzə də gətirirlər. Demək, möcüzə peyğəmbərlərin dəvətinin yox, iddialarının isbatı üçündür. (Bilməliyik ki, möcüzə varlıq aləmindəki qanunlardan kənar bir iş deyil. Onun da səbəbi var. Sadəcə, bu səbəb ya Allahın iradəsidir, ya da xalq üçün məxfi qalmış bir səbəbdir.)
◘Allah Quranda İslam müxaliflərini dəfələrlə mübarizəyə dəvət etmişdir. Onlara xitabən buyurulur ki, əgər bu kitabın Allah tərəfindən gəldiyini qəbul etmirlərsə, bütün bu müharibələr və mübarizələr əvəzinə Quran kimi bir kitab hazırlayıb, İslamın səsini boğsunlar!
Allah öz peyğəmbəri və kitabının haqq olduğunu isbat etmək üçün bir tərəfdən müxalifləri təhrik edir, digər bir tərəfdən sakitləşdirir. Bir yerdə buyurulur: “Quran kimi bir kitab gətirin.”1 (Qeyd)Digər bir yerdə isə belə buyurulur: “Quran surələri kimi on surə gətirin.”2 (Qeyd)Başqa bir yerdə isə belə buyurulur: “Bu işdə (Quranın mislini gətirməkdə) bütün qüdrətlərdən, yaxınlardan, həmfikirlərdən kömək istəyə bilərsiniz.”3
◘Quranın bölünməsi və hər bir surənin adlandırılması peyğəmbər dövründə Allah tərəfindən müəyyənləşdirilmişdir. (“Fətu bisurətin”)
◘Quran peyğəmbərlərin haqqında danışarkən onların adından ya qabaq, ya da sonra “əbd”, “qul” sözünü işlədir. (“Əbdina Əyyub”, İbrahim.. kullun min əbdina”) Yalnız İslam peyğəmbəri haqqında danışılarkən onun adını çəkmədən “əbd” sözü işlədilmişdir. Bununla da həzrət Məhəmmədin (s) "mütləq əbd" olduğu nəzərə çatdırılır.
Dostları ilə paylaş: |