◘“Ənbiya” surəsində oxuyuruq: “Siz və Allahdan savay pərəstiş etdiklərinizin hamısı cəhənnəm yanacağısınız.”1 (Qeyd)Bəlkə də ayədə “daş” deyilərkən hər hansı daş yox, pərəstiş edilən bütlər nəzərdə tutulmuşdur. (Tarix boyu yalnız Həcərül-əsvədə sitayiş olunmamışdır və bu daş heç vaxt cəhənnəm odu olmayacaq. Bəli! Həcərül-əsvəd Allahın yer üzündə əli, bəşər fitrətinin etirafı üçün şahiddir.) Onlar öz gözləri ilə görməlidirlər ki, bütlərin əlindən bir iş gəlməyib və gəlmir. Eləcə də, bu daşlar qiyamət günü qatilin qanlı bıçağı tək günahın dəlil əşyasıdır.
Sual: Əgər söz bəşərin ixtirasıdırsa, nə üçün Quranın mislini gətirə bilmirlər?
Cavab: Əlifbanın hərfləri bəşərdəndir. Amma onların düzümü və uca məfhumlarının bəyanı elm və hünərdən qaynaqlanır. Quran Allahın sonsuz elm və hikmətinə əsaslanır. Amma istənilən bir şəxsin yazdığı istənilən bir kitab bəşəriyyətin məhdud elmi əsasında tərtib olunur. Ona görə də bəşər heç vaxt Quran mislində kitab hazırlaya bilməyəcək.