Sual: Allahın əhdi nədir?
Cavab: Səmavi rəhbərlik Allahın əhdidir. Rəvayətlərdən məlum olur ki, namaz da Allahın əhdidir. İnsan və Allah arasında olan hər bir əhd ilahi əhddir. Əqli qanunlar və ilahi hökmlər də ilahi əhdin numunələridir.
◘Əllamə Məclisi (“Yəqtəunə ma əmərəllahu bihi ən yusələ”) ayəsinin ardınca sileyi-rəhmin (yaxınları yoxlamağın) əhəmiyyəti haqqında yüz on hədis nəql etmişdir.8 (Qeyd) İndi həmin rəvayətdəki bəzi cəlbedici nöqtələri nəzərdən keçiririk:
–Hətta su içməklə də olsa, yaxınlarınızla görüşün;
–Sileyi-rəhm ömrü uzadır, yoxsulluğu aradan qaldırır;
– Sileyi-rəhm vasitəsi ilə ruzi artır;
–Ən üstün qədəm o qədəmdir ki, sileyi-rəhm, qohumların görüşü üçün götürülmüş olsun;
28. ﴿كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنتُمْ أَمْوَاتاً فَأَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ﴾
“Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.”
Dostları ilə paylaş: |