Nöqtələr
◘Əvvəlki ayədə oxuduq ki, Allah yer üzünün bütün nemətlərini insan üçün yaratmışdır. Bu və sonrakı ayələrdə insanın yer üzündəki xəlifəliyindən danışılır və bəşəriyyətin fəsadı ilə bağlı mələklərin nigarançılığı bildirilir. Sonra Allahın izahatı və mələklərin ilk insan qarşısındakı səcdəsindən danışılır.
◘Mələklər ya ilahi xəbərlər vasitəsi ilə, ya Adəmdən əvvəlki insanları gördüklərindən, ya maddi insanın təbii zəhmətlərini öncədən bildiklərindən, onun qan töküb, fəsad törədəcəyindən danışırdılar.
◘Bütün insanlarda xəlifə olmaq istedadı olsa da, hamı xəlifə ola bilmir. Çünki onlardan bəziləri öz rəftarı ilə heyvandan da alçaq bir məqama süqut edir. Necə ki, Quranda buyurulur: “Onlar heyvan kimidirlər, bəlkə daha çox zəlalətdədirlər.”1 (Qeyd)
◘Bu xəlifənin qərargahı yer üzüdür. Onun ləyaqəti isə çox-çox yüksəyə çatır.2 (Qeyd)
◘Başqalarına sual vermək icazəsi verin. Allah Öz mələklərinə belə bir izn verdi. Mələklər Onun icazəsi olmadan danışmırlar. Mələklər bilirdilər ki, hər bir yaranışda ali bir hədəf var.
Dostları ilə paylaş: |