Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə8/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   4   5   6   7   8   9   10   11   ...   484

Nöqtələr


◘Dünya xalqları arasında belə bir adət var ki, mühüm və dəyərli işlərə möhtərəm və sevimli böyüklərin adı ilə başlanılsın. Belə bir başlanğıc işin gözəllik, bərəkət, müvəffəqiyyətlə başa çatması səbəbi sayılır. Belələri istər doğru, istərsə də çaşqın etiqadlarına əməl edirlər. Kimi yardım üçün bütlərə və zalım hakimlərə, kimi də Allaha və Onun övliyalarına əl uzadırlar. Yada salaq ki, Xəndək döyüşündə yerə ilk külüncü həzrət peyğəmbər vurdu.1 (Qeyd)

İlahi kitabın müqəddiməsi “Bismillahir-rəhmanir-rəhim”dir. “Bismillah” təkcə Quranın yox, bütün ilahi kitabların başlanğıcında olmuşdur. Bütün peyğəmbərlər öz işlərinə “Bismillah”la başlamışlar. Həzrət Nuhun gəmisi tufan zamanı dəli dalğalar arasına düşdüyü vaxt Nuh öz yoldaşlarına dedi: “Süvar olun, bu gəminin hərəkəti və dayanması Allahın adı ilədir.”2 (Qeyd)Həzrət Süleyman Səba mələkəsini (qadın hakim) imana çağırdığı vaxt öz dəvətnaməsini “bismillahir-rəhmanir-rəhim”lə başladı.3 (Qeyd)

◘Həzrət Əli (ə) buyurmuşdur: “Bismillah” işlərin bərəkət mayası, onu tərk etmək isə müvəffəqiyyətsizlikdir.” Həzrət “bismillah” yazan bir kişiyə deyir: “Onu gözəl yaz.”4 (Qeyd)

◘Bütün işlərdən qabaq “bismillah” demək tapşırılmışdır. Yeməkdən və yatmazdan, yazmaqdan və oxumağa başlamazdan, süvar olmazdan və yola çıxmazdan qabaq “bismillah” demək tövsiyə edilir. Hətta “bismillah” deyilmədən kəsilən heyvanın əti haram sayılır. Belə görünür ki, təkallahçı insanların yeməyi də ilahi rəngdə olmalıdır.

Hədisdə oxuyuruq: “Hətta bir beyt şer yazarkən də “bismillah”ı unutma. Uşağa ilk dəfə “bismillah” öyrədən şəxsin mükafatı haqqında rəvayət nəql olunmuşdur.5 (Qeyd)


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin