Bildirişlər
1. İnsan kimi mələklərə də xitab edilir, əmr olunur və qadağa qoyulur. (“Uscudu li Adəmə”)
2. Ləyaqət uzaq keçmişə malik olmaqdan mühümdür. Belə ki, qədim mələklər yeni insana səcdə etməli idilər. (“Uscudu li Adəmə”)
3. Əməldə itaətsizlikdən də təhlükəli olan şey Allah əmrinə etiqadsızlıqdır. (“Əba vəstəkbər”)
4. İblisin təkəbbürü və cəsarəti onun bədbəxtliyinə səbəb oldu. (“Kanə minəl kafirin “)
35. ﴿وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ﴾
“Dedik: Ey Adəm! Sən öz zövcənlə bu bağda sakin ol və hər ikiniz istədiyiniz kimi oradakı meyvələrdən bol-bol yeyin. Yalnız bu ağaca yaxın gəlməyin. Yoxsa özünüzə zülm edənlərdən olacaqsınız.”
Dostları ilə paylaş: |