Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə82/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   78   79   80   81   82   83   84   85   ...   484

Nöqtələr


◘Quran dilində “Şəcər” təkcə ağac yox, həm də buta deməkdir. Məsələn, Quranda belə bir ayə var: “Üstündə iki yarpaqlı bir buta bitirdik.”1 (Qeyd)Əgər rəvayətlərdə və təfsirlərdə bu ayədə “şəcər” sözünün buğdaya işarə olduğunu oxusanız, etiraz etməyə yer yoxdur.

◘“Cənnət” dünya bağlarına da deyilir. “Qələm” surəsinin on yeddinci ayəsində oxuyuruq: “Biz cənnət (bağ) sahiblərini imtahana çəkdik. Quranın digər ayələrindən və rəvayətlərindən məlum olur ki, Adəmin sakin olduğu cənnət vəd olunmuş cənnət olmamışdır. Çünki:

1. Vəd olunmuş cənnət mükafatdır. Adəm bir iş görməmişdi ki, ona mükafat veriləydi.2 (Qeyd)

2. Behiştə daxil olan kəs bir daha oradan çıxmır.3 (Qeyd)

3. Həmin behiştdə qadağa, vəzifə yoxdur. Halbuki Adəmə hansısa ağacdan istifadə etmək qadağan edilmişdi. Bundan əlavə, Əhli-Beyt rəvayətlərində də nəql olunur ki, Adəmin olduğu behişt vəd olunmuş behişt olmamışdır.

◘Adəmə edilən qadağa vəzifə qadağası deyildi. Ona görə də bu qadağanın pozulması haram sayılmırdı. Bu qadağada məqsəd tövsiyə və yol göstərilməsi idi.




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin