◘Əvvəlcə haqqında danışdığımız (“İnni cailun fil-ərzi xəlifətən”) ayəsindən məlum olur ki, Adəmin yaranışında əsas məqsəd onun yer üzündə yaşayışı olmuşdur. Amma yer üzündə yaşayış üçün bəzi hazırlıqlar olmalı idi. Adəm bilməli idi ki:
1. Mütləq azad deyil. Onun həyatında əmr və qadağa, vəzifə mövcuddur.
2. İblis onun düşmənidir və öz andları, yalan vədləri ilə onu aldadasıdır.
3. Şeytana itaət süqut amilidir.
4. Tövbə səhvləri aradan qaldırmaq vasitəsidir.
◘İmam Riza (ə) buyurmuşdur: “Adəmin büdrəmə macərası, o, peyğəmbərlik məqamına çatmamış baş vermişdi. Bununla belə, onun büdrəməsi bağışlanılması kiçik bir səhv idi.”1 (Qeyd)
◘Şeytan Adəmi büdrətmək üçün bütün psixoloji və təbliğati üsullardan istifadə etdi. O cümlədən:
a) Adəm və Həvva üçün and içdi2.(Qeyd)
b) Xeyirxahlıq libası geyib dedi: “Mən sizin xeyirxahınızam3(Qeyd)
v) Onlara əbədilik vəd etdi və dedi ki, əgər bundan yesəniz, həyatınız və hakimiyyətiniz əbədi olacaq.4 (Qeyd)
q) Yalan danışdı və haqqın zatına böhtan atdı. Bildirdi ki, Allah sizin mələk olmağınızdan və əbədi yaşayacağınızdan qorxduğu üçün belə qadağan qoyub.5 (Qeyd)
Dostları ilə paylaş: |