◘Adəmin öz xətasını etiraf etməsi və tövbə qılması onun Allah tərəfindən bağışlanmasına səbəb olsa da, o, tövbədən sonra behiştə qayıtmadı. Çünki büdrəmənin əsərləri başqadır, ilahi əfv başqa! Bir neçə ayə qabaq eniş əmri həm də qəhrin bir növü idi. Amma bu ayə Adəmin tövbəsindən sonra nazil olduğu üçün adi şəkildə bəyan olunmuşdur. Həmçinin ümidvar edir ki, əgər ilahi hidayətə tabe olsalar, hüzn və qəmləri olmayacaq.
Bildirişlər
1. Bəzən bir hərəkətin müsbət və mənfi təsir dairəsi bütün əsrləri və nəsilləri əhatə edir.
2. Bir büdrəmə və xəta ilə kimsəni rədd etmək olmaz. Çünki insan düzəlmək və hidayət olmaq xüsusiyyətinə malikdir.
3. Bəşərin hidayəti, doğru yola yönəldilməsi üçün peyğəmbərlərin gəlişi qətidir.
4. Gerçək hidayət yalnız Allah tərəfindəndir.
5. Gerçək əmniyyət və aramlıq dinə və ilahi göstərişlərə tabeçilik sayəsində hasil olur.
40. ﴿يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُواْ بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ﴾
“Ey İsrail övladları! Sizə ruzi etdiyim nemətləri yadınıza salın və əhdimə vəfa edin ki, Mən (də) sizin əhdinizə vəfa edim. Yalnız Məndən qorxun!”
Dostları ilə paylaş: |