Bildirişlər
1. Səbir və namaz çətinlikləri aradan qaldırmaq üçün iki güclü vasitədir.
2. Allah qarşısında acizlik və bəndəliyimizi nə qədər çox izhar etsək, Ondan daha çox yardım alıb, çətinliklərə qalib gələcəyik.
3. “Yalnız Səndən kömək istəyirik” ayəsində Allahdan yardım diləmək, Onun göstəriş verdiyi şeydən kömək istəməyə zidd deyil.
4. Namazın ağır gəlməsi Allah qarşısında təkəbbürün nişanəsidir.
46. ﴿الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ﴾
“(Xaşelər) o kəslərdir ki, (qiyamətə) Rəbbi ilə görüşə və Ona doğru qayıdışa imanlıdırlar.”
Dostları ilə paylaş: |