Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu


Sual: “Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi? Cavab



Yüklə 2,61 Mb.
səhifə10/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   6   7   8   9   10   11   12   13   ...   484
Sual: “Bismillahir-Rəhmanir-Rəhim” müstəqil ayədirmi?

Cavab: Başqa fiqh rəhbərlərindən yüz il qabaq fəaliyyətə başlamış, Allah yolunda şəhadətə çatmış, Quranda paklığı yad edilmiş peyğəmbər Əhli-beytinin (ə) etiqadına görə, “bismillahir-rəhmanir-rəhim” ayəsi Qurana daxil olan müstəqil bir ayədir. Fəxr Razi öz təfsirində “bismillah”ın surə tərkibi olmasına on altı dəlil gətirir. Alusi də belə bir etiqaddadır. Əhmədin “Müsnəd”ində də “bismillah” surə tərkibi sayılmışdır.1 (Qeyd) “Bismillah”ı surədən saymayan və ya onu namazda tərk edənlər etirazla qarşılanmışlar. Hakimin “Mustədrək”ində deyilir: “Bir gün Müaviyə namazda “bismillah” demədi. Xalq ona etiraz edərək dedi: “Ayəni oğurladın, yoxsa yaddan çıxardın?”2 (Qeyd)

Məsum imamlar israr etmişlər ki, namazda “bismillah” ucadan deyilsin. İmam Baqir (ə) namazda “bismillah” deməyənlər haqqında buyurmuşdur: “Quranın ən üstün ayəsini oğurladılar.”3 (Qeyd)Beyhəqinin “Sünən”ində bir hədisdə belə deyilir: “Nə üçün bəziləri “bismillah”ı surədən saymırlar?4 (Qeyd)

Şəhid Mütəhhəri həmd surəsinin təfsirində İbn Abbası, Asimi, Kəsayini, İbn Öməri, İbn Zübeyri, Ətaini, Tavusu, Fəxr Razini, Süyutini “bismillah”ı surədən sayanlar kimi tanıtdırır.

“Təfsiri-Qurtəbi”də imam Sadiqdən (ə) belə nəql olunur: “Bismillah” surələrin tacıdır.” Yalnız “Bəraət” (“Tövbə”) surəsinin başlanğıcında “bismillah” gəlməmişdir. Həzrət Əlinin (ə) buyruğuna əsasən, bunun səbəbi kafirlərdən və müşriklərdən üz döndərməyi əmr edən “Bəraət” surəsi ilə mərhəmət dolu “bismillah” kəlməsinin uyğun gəlməməsidir.5 (Qeyd)

Bismillah”ın siması:

1. “Bismillah” ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır. İmam Riza (ə) buyurmuşdur: “Bismillah” insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.”6 (Qeyd)

2. “Bismillah” tövhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. “Allah” adını başqa adlarla bir tutmaq isə şirk əlamətidir. Nə Allahın adı ilə yanaşı, nə də Onun adının yerinə başqa ad çəkməyək. Allahın təkcə zatı yox, adı da şəriksizdir. İşə Allah və Məhəmməd (s) adı ilə başlamaq da qadağan olunmuşdur1.(Qeyd)

3. “Bismillah” davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir.2 (Qeyd)

4. “Bismillah” Allaha eşq və Ona təvvəkkül rəmzidir. Rəhman və Rəhim olan kəsə sevgi göstərək, işimizi Ona təvəkküllə başlayaq. Onun adını çəkmək mərhəmətinin cəlb olunması səbəbidir.

5. “Bismillah” təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.

6. “Bismillah” bəndəlik yolunda ilk addımdır.

7. “Bismillah” şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.

8. “Bismillah” işlərin paklıq və sığortalanma səbəbidir.

9. “Bismillah” Allahın zikridir. Yəni “bismillah” deyən kəs Allahı unutmadığını bəyan edir.

10. “Bismillah” insanın məqsədini açıqlayır. İnsan “bismillah” deməklə izhar edir ki, Pərvərdigara, hədəfim xalq, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!

11. İmam Riza (ə) buyurmuşdur: “Bismillah” ismi-əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır.”3 (Qeyd)



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin