Bildirişlər
1. İnsanın öz hərəkətlərini nəzarət altına alması üçün qiyamətin varlığına güman da kifayət edir.
2. Xaşe kəs namazda Allahla görüşdə olduğunu duyur.
47. ﴿يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ﴾
“Ey Bəni-İsrail! Sizə ruzi etdiyim nemətləri yada salın və bunu ki, Mən sizə dünyadakılardan üstünlük verdim.”
◘Bu ayədə həzrət Yaqubun övladlarından və nəslindən istənilir ki, Allahı daha yaxşı tanımaq və şükür ruhiyyəsini diriltmək üçün həmin nemətləri yada salsınlar. Əlbəttə ki, Bəni-İsrail öz zamanının xalqlarından üstün və fəzilətli idi. Çünki Quran müsəlmanlar haqqında buyurmuşdur: “Siz ümmətlərin ən üstünüsünüz.”3 (Qeyd) Bəlkə də üstünlük dedikdə, həzrət Musanın və Bəni-İsrail qövmünün fironçulara qalib gəlməsi nəzərdə tutulmuşdur. Bu üstünlük əxlaqi və etiqadi üstünlük olmaya da bilər.1 (Qeyd) Çünki Quran dəfələrlə onların bəhanəçiliyini və etiqadsızlığını tənqid etmişdir.
Dostları ilə paylaş: |