Sual: İlahi övliyaların şəfaəti onların Allahdan daha rəhimli olması demək deyilmi? Axı onlar Allahın əzab vermək istədiyi şəxsə şəfaət verirlər?
Cavab: İlahi övliyalardakı rəhm də, bu rəhmdən istifadə də Allah tərəfindəndir. Öz rəhmi və lütfü ilə şəfaət icazəsi verən də Allahdır.
Sual: Şəfaət Allahın iradəsini dəyişmirmi?
Cavab: Müxtəlif şəraitlərdə Allahın iradəsi bir növ deyil. Allahın iradəsi günahkarı cəzalandırmaqdır. Amma günahkar tövbə etdikdə Allah öz qəhrini götürür. Çünki günahkar insan tövbəkar insandan fərqlənir. İnsan dünyada ilahi övliyalara məhəbbət və itaətlə onların şəfaətinə nail olur. Övliyalara müxalif olanlar isə şəfaətdən məhrum qalır.
◘Dünyada günahların üç bağışlanma vasitəsi var: tövbə1;(Qeyd) böyük günahların tərki2(Qeyd); yaxşı və xeyirli işlər.3 (Qeyd)
Axirətdə isə yeganə bağışlanma yolu şəfaətdir.
Dostları ilə paylaş: |