◘Bəni-İsrailin Nil çayından keçmə macərası Quranın bir neçə ayəsində bəyan olunmuşdur.2 (Qeyd)Allah həzrət Musanın öz əsasını yerə vurması ilə suyu yarıb onları dənizə oxşar Nildən keçirdi.
◘Bu ayədə üç ilahi möcüzə ardıcıl şəkildə bəyan olunmuşdur: dəryanın yarılması, bəni-İsrailin nicat tapması, fironçuların qərq olması.
Bildirişlər
1. Vasitələrin rolu Allahın hikmətamiz iradəsindən asılıdır. Musanın bəzən daşdan su çıxaran əsası var. Bəzən də suya girib onun arasından yol açır.
2. Qaranlıq gecənin sonu bəyazdır. Bəni-İsrail bütün işkəncələrdən və bəlalardan sonra rifah və qurtuluşa çatdı.
3. Məzlumların hüzurunda zalımlardan intiqam alınması onlar üçün bir məlhəmdir.
51. ﴿وَإِذْ وَاعَدْنَا مُوسَى أَرْبَعِينَ لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِن بَعْدِهِ وَأَنتُمْ ظَالِمُونَ﴾
(“Yada salın.) o zaman ki, Musa ilə qırx gecəlik vədələşdik. Siz ondan sonra buzovu tutdunuz (ona ibadət etdiniz). Bir halda ki, sitəmkar idiniz.”
Dostları ilə paylaş: |