◘Həzrət Musanın adı Quranın 34 surəsində 136 dəfə yad edilmişdir. Həzrət Musanın vəd yerinin macərası “Əraf” və “Taha” surələrində nəql olunmuşdur.1 (Qeyd) Vəd yeri Tur dağı, vəd müddəti isə əvvəlcə otuz gün müəyyənləşdirilmişdi. Vəd yerində isə həmin müddətə daha on gecə əlavə olundu. Bu müddət Tövratın qəbulu üçün müəyyənləşdirilmişdi. Bəni-İsrail həzrət Musanın qardaşı Harun kimi rəhbərə malik olduğu halda bütün ilahi nemətləri və lütfləri unudub, buzova pərəstiş etməyə başladı. Buzovu mahir sənətkar Samiri Musa olmadığı vaxt qızıldan hazırlamışdı.
◘Quran ayələrindən məlum olur ki, bu vəddə üç məsələ nəzərdə tutulmuşdur: Tövratın alınması, Harun üçün xilafət məqamının isbatı və bəni-İsrailin sınağı.
◘Bəni-İsrail cəmiyyətinin şirkə süqutunda bir neçə amil rol oynadı:
a) Həzrət Musa kimi bir rəhbərin olmaması;
b) Samiri kimi mahir və azğın sənətkarların mövcudluğu;
v) Cazibəyə malik qızıl və bəzək əşyalarından istifadə;
q) Güclü səsə malik təbliğat şeypurları. Çünki Samirinin buzovu səs çıxarırdı;
e) Xalqın sadəlövhlüyü, tez inanması və dərin imandan məhrumluğu;
ə) İnəkpərəstliyin keçmişi və bu əqidə üçün münasib şərait.
Dostları ilə paylaş: |